Azərbaycanda oğlan sevdiyi qızı bıçaqladı
Şəmkirdə oğlan sevdiyi qızı bıçaqlayıb. Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini İ.S. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.   İlkin məlumata görə, Şəmkirdəki marketlərin birində işləyən qız onu sevən oğlan tərəfindən bıçaqlanıb. Səbəb kimi isə zərərçəkənin ailəsinin oğlanın övladları ailə qurmaq istəyinə razı olmaması göstərilir. Cinayəti törədən şəxs artıq saxlanılıb.