Qolan təpələrində Trampın adına qəsəbə salınacaq
İsrailin Qolan təpələri üzərində suverenitetinin tanımasına təşəkkür əlaməti olaraq Qolan təpələrindəTramp adına qəsəbə salınacaq. Bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.   “İsrailin Qolan təpələri üzərində suverenitetinin tanınması yüksək qiymətləndirilməlidir. Biz prezident Trampın bu tarixi qərarını yüksək qiymətləndiririk. Mən prezident Trampın adına yaşayış mətəqəsinin salınacağını söz vermişəm. Artıq Qolan təpələrində müvafiq yer müəyyən olunub”, – Netanyahu bildirib. Baş nazir əlavə edib ki, yeni qəsəbənin salınması işləri ilə İsrailin yeni hökuməti məşğul olacaq.