Ziya Məmmədovun qardaşı prorektor təyin olundu
Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetində prorektor təyin olunub. “Qafqazinfo” xəbər  verir ki, bu barədə ATU-nun  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat yayıb. O bildirib ki, Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib: "AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib".