"Liverpul" "Mançester Siti"dən çox qazandı
İngiltərə Premyer Liqasında klubların 2018/19 mövsümündə təşkilatçılardan aldığı mükafatların məbləği açıqlanıb. "Legion" goal.az-a istinadən xəbər verir ki, "Liverpul"un qazancı hamıdan çox olub - 173 milyon avro. "Qırmızılar" hətta Premyer Liqa çempionu "Mançester Siti"dən də çox gəlir əldə ediblər. Liverpullular teleyayımdan 38,5, turnir cədvəlindəki mövqeyinə görə 42,5 milyon avro qazanıblar. Digər 92 milyon avro hər komandaya iştirak üçün verilən məbəğdir. Çempion "Mançester Siti" 171,7 milyon avro ilə 2-cidir, ilk "3-lüy"ü isə 165,94 milyon avro ilə "Çelsi" qapayır.