Solovyov ukraynalı eksperti qovdu - VİDEO
Rusiyalı aparıcı Vladimir Solovyov "Kim əleyhinədir?” verilişi zamanı ukraynalı politoloq və yazıçı Vsevolod Nepoqodini studiyadan qovub. Axar.az-a istinadən xəbər verir ki, Nepoqodini Böyük Vətən müharibəsi dövründə faşistlər tərəfində döyüşən Stepan Banderanın stalinizmə qarşı mübarizəsinə haqq qazandırıb. Nepoqodin faşistləri "alternativ” adlandırıb. "Demək, sən mənə deyirsən ki, o adam Hitlerin tərəfində döyüşməkdə haqlıdır, çünki bu, mübarizənin alternatividir? Rədd ol burdan” - Solovyov sərt reaksiya verib. Qeyd edək ki, bu, Solovyovun ukraynalı ekspertləri verilişindən qovduğu ilk hadisə deyil.