Mövlud Çavuşoğlu: "Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan münaqişəsinə göz yumur"
“Beynəlxalq ictimaiyyət öz mənafeyini üstün tutaraq dünyadakı bir sıra problemlərə göz yumur”. ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tələbələrlə görüşü zamanı deyib. O, bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini, Krım, Abxaziya, Cənubi Osetiya kimi münaqişələri sadalayıb. “Bunların hamısını həll etmək üçün səy göstərməliyik”,- deyə Türkiyə XİN əlavə edib.