"Huawei" Trampın texnologiyaların müdafiəsi haqqında fərmanını tənqid edib
Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır. Bu barədə "Report" AFP-yə istinadən xəbər verir. Agentliyin "Twitter"dəki səhifəsində yerləşdirilmiş xəbərində qeyd edilir ki, ABŞ-dakı "əsassız məhdudiyyətlər" onların hüquqlarını pozur. Şirkətdən vurğulayıblar ki, belə tədbirlər ABŞ-da təhlükəsizliyi yaxşılaşdırmayacaq, əksinə, texnologiyaların keyfiyyətinə mənfi təsir edəcək. "Huawei"in Birləşmiş Ştatlarda fəaliyyətinin məhdudiyyəti ona gətirib çıxaracaq ki, ABŞ (alıcıları) seçimdə məhdudlaşdırılacaq və onlara (istehlakçılara-red) keyfiyyətsiz və daha çox bahalı alternativlərdən istifadə etmək lazım gələcək", - deyə təşkilatın bəyanatında bildirilir. Qeyd edək ki, ABŞ-ın Ticarət Nazirliyi Çinin "Huawei" şirkətini və onun 70 bölməsini qara siyahıya daxil edəcək.