Futbolçumuzun evindən 5 min dollar oğurlandı
Bakıda futbolçunun evindən oğurluq olub. Report xəbər verir ki, “Qəbələ” futbol klubunun qapıçısı Dmitri Bezotosnının yaşadığı mənzildən 5 min ABŞ dolları oğurlanıb. Polisin araşdırması nəticəsində oğurluqda şübhəli bilinən N.M. saxlanılıb. Həmin qadın futbolçunun uşaqlarının dayəsi olub.