Çin “Wikipedia”nı blokladı
Çin hakimiyyəti "Wikipedia" onlayn ensiklopediyaya bütün dillərdə girişə məhdudiyyət qoyub. "Legion" qafqazinfo-ya istinadən xəbər verir ki, Vikimedia Fondunun nümayəndələri məsələyə münasibət bildirərkən qeyd ediblər ki, onlar Çin hakimiyyətindən sayta qadağa qoyulması barədə heç bir bildiriş almayıblar. "Vikimedia Fondu keçən ayın sonunda müəyyən edib ki, "Vikipediya" Çində açılmır. Daxili trafikin təhlili aparılıb və "Wikipedia"nın bütün dillərdə bloklandığı təsdiqini tapıb" - qurumun məlumatında qeyd edilib. Buna qədər "Wikipedia" ölkədə yalnız çin dilində qadağan edilmişdi. Onlayn ensiklopediyadan əlavə, ölkədə "Google", "Facebook" və "Linkedin" kimi sosial şəbəkələrə də giriş mümkün deyil.