Madonna boykot çağırışlarını rədd etdi
Dünyanın məşhur ulduzu Madonna “Eurovision”da çıxış etmək üçün İsraildədir. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, müğənni özəl təyyarəsi ilə ötən gecə Tel- Əvivə yola düşüb. Onu 135 nəfərlik komandası müşayiət edib. Madonna üçün otelin 5-ci mərtəbəsi tamamilə boşaldılıb. İfaçı ayın 18-də final gecəsində səhnəyə çıxacaq. Qeyd edək ki, müsabiqəni boykot edən fələstinlilər müğənnini “Eurovision”da çıxış etməməyə çağırıb. Lakin müğənni “Musiqini siyasətə alət etməyəcəyəm” deyərək çağırışlara məhəl qoymayıb.