Gürcüstanın Rustavi şəhərində fəhlələr etiraz aksiyası keçiriblər
Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçiləri mayın 16-da etiraz aksiyası keçiriblər. AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına riayət olunmasını tələb ediblər. Aksiyaya 100-dən çox fəhlə qatılıb. Onlar əsasən əməkhaqlarının ən azı 1000 (min) lariyə qədər artırılmasını və iş saatının 12 saatdan 8 saata endirilməsini tələb edirlər. Zavod əməkdaşları tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. Zavod rəhbərliyi isə hələlik tələblərin yerinə yetirilməsini mümkünsüz hesab edir.