Zelenskinin andiçmə mərasiminin tarixi bəlli oldu
Ukraynanın Ali Radası (parlamenti) yeni seçilmiş Prezident Volodimir Zelenskinin andiçmə mərasiminin bu il mayın 20-də keçiriləcəyini açıqlayıb. Yeni dövlət başçısının komandası mərasimin mayın 19-da keçirilməsini istəyirdi. Ümumiyyətlə, ukraynalı deputatlar 17, 19, 20, 26, 28 may, eləcə də 1, 2 iyun tarixləri ilə bağlı variantları nəzərdən keçiriblər.