Henrix Mxitaryan Bakıya gəlməyəcək
Ermənistan yığmasının və İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan mayın 29-da Bakıda Avropa Liqasının final matçına qatılmayacaq.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım təhlükəsizlik məqsədi ilə atılıb.   Yekun qərarın gələn həftə verilməsi gözlənilir.   Xatırladaq ki, “Arsenal” və “Çelsi” klubları arasında Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.