İstanbulda xüsusi əməliyyat: 48 hərbçi həbs olundu
İstanbulda FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində daha bir əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 48 hərbçi saxlanılıb. Saxlanılanlardan 10 nəfərin istefada olan zabit olduğu bildirilir. Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub. Qeyd edək ki, son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib. Trend xatırladır ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunurlar.