Dünyanın ən bahalı rəssamının adı açıqlanıb
Amerika heykəltəraşı Ceff Kuns yaşayan rəssamlar arasında ən bahalısı seçilib. ONA-nın Lenta.ru saytına istinadən verdiyi xəbərə görə, onun “Dovşan” adlı heykəli "Christieʼs" hərrac evində 91 milyon dollara satılıb. Bu barədə hərrac evinin rəsmi "Twitter" səhifəsində qeyd edilib. “Fotuna” jurnalının məlumatına görə, paslanmayan poladdan hazırlanan “Dovşan” ABŞ maliyyə nazirinin atası, art diler Bob Mnuçinə satılıb. Bundan əvvəl heykəl mediamaqnat Semuel Nyuhausa məxsus olub. O, abidəni 1992-ci ildə 1 milyon dollara əldə edibmiş.  Kuns “Dovşan” heykəlini 1984-cü ildə hazırlayıb.