Nur-Sultanda Dünya Ticarət Mərkəzinin təməli qoyulub
Nur-Sultanda keçirilən Dünya Ticarət Mərkəzinin təməlqoyma mərasimində şəhərin akimi (qubernatoru) Baxıt Sultanov iştirak edib.
"Nest Investments Holdings” şirkətinin korporativ investisiyaların direktoru Mehran Eftekhar mərkəzin 90 ölkədə təmsil olunan ən böyük ticarət mərkəzlərindən biri olacağını deyib.
EXPO-nun ərazisində tikilməsi planlaşdırılan mərkəz 150 metr hündürlükdə, 2 hektar ərazidə yerləşəcək. Layihəyə təxminən 200 milyon ABŞ dolları sərmayə qoyulacaq. Kompleks tam şəkildə xarici investisiyalar vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, Dünya Ticarət Mərkəzi binaları Nyu-York, Amsterdam, Tokio, Seul və Dubayda yerləşir. (AZƏRTAC)