Tramp İrandan zəng gözləyir
Ağ Evdən bildirib ki, prezident Donald Tramp İrandan zəng gözləyir.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Donald Tramp Administrasiyasının yüksək rütbəli rəsmilərindən biri məlumat verib.

Bildirilib ki, prezidenti Donald Tramp İrandan danışıqların aparılması ilə bağlı zəng gözləyir, lakin İran tərəfindən hələ müzakirələrlə bağlı müraciət ya təklif gəlməyib.

Qeyd edək ki, Ağ Ev rəsmiləri bir həftə öncə məlumat verib ki, ABŞ İsveçrə vasitəsilə iranlılara təmas saxlamaq üçün telefon nömrəsi verib.

Bu arada İranın xarici işlər naziri Cavad Zərif ötən gün Çin səfəri çərçivəsində bildirib ki, mövcud vəziyyətdə ABŞ-la müzakirələrin aparılması qeyri-mümkündür.