Yığmamız italiyalı baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazanıb
Voleybol üzrə Azərbaycan milli komandaları yoxlama görüşləri keçiriblər. 

ONA-nın məlumatına görə, təmsilçilərimiz Bakıda təlim-məşq toplanışında olan Gürcüstan yığmaları ilə qarşılaşıblar. 

Belə ki, qadınlardan ibarət komandamız italiyalı Covanni Kapraranın rəhbərliyi altında ilk qələbəsini qazanıb. Yeni təyinatı olan çalışdırıcının gürcülərlə yoxlama oyunundakı debütü 4:0 hesabı ilə xeyrimizə yekunlaşıb. 

Fərid Cəlalovun rəhbərliyi etdiyi kişilərdən ibarət millimiz isə Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. 

Komandalar arasında daha bir sınaq görüşü də nəzərdə tutulub.