Dadaşovun apellyasiya şikayəti təmin olunmadı
Portuqaliyanın "Eştoril" klubunda çıxış edən 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşov cəzası qüvvədə qalıb. Qol.az xəbər verir ki, 20 yaşlı hücumçu 3 oyunluq cəzasının endirilməsi üçün Portuqaliya Futbol Federasiyasının İntizam Şurasına müraciət etsə də, cavab mənfi olub.

Xatırladaq ki, Dadaşov Portuqaliya Sequndasının 32-ci turunda evdə "Akademika"ya qarşı matçda rəqibinə qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə almışdı.