İtən jurnalisti axtaran xilasediciləri çay apardı

Trabzonun Çaykara kəndinin Dərəbaşı dərəsində çəkiliş zamanı uçuruma düşən “Anadolu” agentliyinin jurnalisti Əbdülqədir Nişancının axtarışları zamanı daha bir bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2 nəfər xilasedici jurnalistin axtarışı zamanı çaya düşüb. Sulara qapılan xilasediciləri tapmaq mümkün olmayıb. Hazırda onların da axtarışları aparılır. Xatırladaq ki, Nişancı mayın 10-dan uçuruma düşdükdən sonra tapılmır.