Tanınmış idmançımız Avropa çempionatında medal qazandı
Tanınmış idmançımız Bəxtiyar Abbasov İspaniyanın Xixon şəhərində keçirilən sambo üzrə Avropa çempionatında bürünc medal qazanıb. Oxu.Az-ın xəbərinə görə, 82 kq-da çıxış edən idmançımız döyüş sambosunda bu gün üçüncü yeri tutub. O, ispaniyalı Luis Alteratsı 8:0, irlandiyalı Dilon Maninqi 10:0 məğlub edərək vaxtından erkən qələbə qazanıb. Bəxtiyar ukraynalı Vladislav Rudnyevlə görüşdə 2:1 öndə olsa da, görüşün başa çatmasına 23 saniyə qalmış uduzub. Bundan başqa, dünən 52 kq çəki dərəcəsində Nəsimi Umbayev bürünc medal qazanıb. Qeyd edək ki, altı nəfərlə mübarizə aparan millimiz idman sambosunda Avropa çempionatına ikinci heyətlə yollanıb. Buna səbəb əsas heyətin gələn ay Minskdə keçiriləcək Avropa Oyunlarına hazırlaşmasıdır.