“Real” almaniyalı yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb
İspaniyanın “Real” klubu almaniyalı futbolçusu Toni Kroosla bağlı qərarını açıqlayıb. ONA-nın məlumatına görə, Madrid təmsilçisi yarımmüdafiəçi ilə yeni müqavilə bağlayıb. Dörd illik anlaşmaya əsasən T.Kross 2023-c ü ilin yayına qədər “Real”da çıxış edəcək. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi “Real”a 2014-cü ilin yayında keçib. O, Almaniya təmsilçisi “Bavariya”dan 25 milyon avroya transfer olunub.