Qəbələdə kişi arvadının başını kəsdi
Qəbələdə qətl törədilib.   "Legion"un ONA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla baş və boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.   Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.