Koçaryanı azadlığa buraxan hakim Paşinyanın istefasını istədi
“Mən yalnız Paşinyan istefa verərsə, istefaya gedəcəm, ya da 65 yaşım tamama olana qədər hakim qalacam”.   Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Apellyasiya Məhkəməsinin hakimi Aleksandr Azaryan açıqlama verib .   Azaryan 2018-ci il avqustun 13-də eks-prezident Robert Koçaryanı azadlığa buraxmışdı. O bunu sabiq prezidentin toxunulmazlıq hüququ ilə əsaslandırmışdı.   Ermənistan baş naziri Nikol Paşinyan mayın 20-də ölkədə bütün məhkəmələri bloklamağa çağırış etmişdi.