İndoneziyanın yeni prezidenti müəyyənləşdi
İndoneziyada 17 apreldə keçirilən seçkilərin nəticəsi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, ölkəyə hazırda rəhbərlik edən Coko Vidodo növbəti dəfə prezident seçilib. İndoneziya Demokratik Mübarizə Partiyasının namizədi səslərin 55,5%-ini, yəni 85 milyondan çox insanın etimadını qazana bilib. Onun rəqibi Böyük İndoneziya Hərəkatı Partiyasının rəhbəri Prabovo Subianto isə 44,5% (68 milyon səs) dəstək toplayıb.
Parlament seçkilərində isə 9 partiya Təmsilçilər Məclisinə daxil olmağa haqq qazanıb. İndoneziya Demokratik Mübarizə Partiyası bu seçkilərdə də liderliyi əlində saxlayıb.
Müxalifət lideri Subianto və dəstəkçiləri isə seçkidə qanunsuzluğa yol verildiyini iddia edərək rəsmi nəticələrə etiraz etməyə hazırlaşır.