Deputat Lənkəran hava limanının Rusiyaya icarəyə verilməsini təklif edib
“Azərbaycanda hava limanları, idman kompleksləri tikilir. Hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur”. ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Rüfət Quliyev bildirib. Deputat həmin obyektlərin tender formasında icarəyə verilməsini təklif edib: “Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını, ya da qismən Azərbaycanın hər hansı kommersiya struktur ilə şərikli istifadə edə bilərlər”.