Venesuela prezidenti Azərbaycana gələcək
Bu ilin oktyabr ayında Venesuela prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Venesuelanın Azərbaycandakı səfiriKristofer Berroteran deyib. bildirib ki, Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək və bununla bağlı Bakıda sammit olacaq. Bundan əvvəl isə iyulda XİN başçıları səviyyəsində Venesuelada Qoşulmama Hərəkatı ölkələrinin iclası olacaq. Bununla bağlı Elmar Məmmədyarova dəvət göndərilib.