Tereza Mey “Brexit”lə bağlı yeni razılaşmanı açıqlamaq niyyətindədir
Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”lə bağlı yeni razılaşmanın detallarını açıqlamaq niyyətindədir. “Report” Böyük Britaniya KİV-inə istinadən xəbər verir ki, hökumət başçısı ilə nazirlər arasında danışıqlardan sonra məlum olacaq həmin təfərrütlar işçi hüquqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi, İrlandiya ilə sərhəd zolağındakı qaydalar üzrə öhdəliklərlə bağlıdır. Qeyd edək ki, T.Mey Avropa İttifaqı üzvlüyündən çıxmaqla bağlı hər kəsi qane edə biləcək razılaşmaya nail olmaq üçün dördüncü dəfədir cəhd göstərir.