Leyboristlər “Brexit” qanununun parlamentdə müzakirəsinə qarşıdırlar
Böyük Britaniyadakı müxalif Leyboriastlər Partiyası Baş nazir Tereza Meyi “Brexit”lə bağlı qanun layihəsini millət vəkillərinin səsverməsinə çıxarmamağa çağırıb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu müxalifətin “Brexit” üzrə dövlət katibi Keir Starmer bildirib. O, baş nazirin “Brexit”lə bağlı Avropa İttifaqı ilə razılığa gəlməyə dair onlara təqdim etdiyi təklifləri “çox zəif” hesab edib. Bundan əvvəl Tereza Meyin “Brexit”lə bağlı yeni razılaşmanın təfərrüatını açacağı bildirilmişdi.