Ramal müğənniləri tənqid etdi: "Bəsdir"krevetka"ları reklam etdiniz"
Müğənni Ramal İsrafilov bəzi həmkarlarının bostanına daş atıb.
Open.az xəbər verir ki, ifaçı qonaq olduğu "X Maqazin" verilişində sosial şəbəkədə "krevetka"ları reklam edən həmkarlarını qınayıb.
O, belə hərəkətləri sənətçilərə yaraşdırmadığını deyib: "Sənətçi dostlarıma bunu yaraşdırmıram. Xahiş edirəm, tamaşaçı qarşısında "krevetka" soyub yeməyin. Sənətçiyə yaraşmır. Mən nə ayaqqabı, nə ətir, nə yemək, nə də "krevetka" istəyirəm. Gedib pulumu verib alıram. Tamaşaçı bizim sənətimizi görmək istəyir".