Ukrayna prezidenti parlament seçkilərinin iyulun 21-də keçirilməsini rəsmən təsdiqləyib
Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radanı buraxmaq və növbədənkənar parlament seçkilərini iyulun 21-ə təyin etməklə bağlı sərəncamı rəsmən qüvvəyə minib. ONA-nın məlumatına görə, sərəncam hökumətin “Uryadoviy kuryer” qəzetində dərc olunub. Sənədə əsasən, Nazirlər Kabinetinə növbədənkənar seçkilərin keçirilməsinin maliyyə təminatını həyata keçirmək tapşırıb. Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.