Cənubi Afrikanın prezidenti müəyyənləşdi
Cənubi Afrika parlamenti Siril Ramafosanı ölkə prezidenti seçib.

"Legion" xəbər verir ki, Ramafosa 8 mayda təşkil edilən seçkilərin qalibi Afrika Milli Konqresinin rəhbəridir. Konqres 58% səs toplayaraq parlamentdəki 400 yerdən 230-una sahib çıxmışdı. 

Qeyd edək ki, Siril Ramafosa Cənubi Afrikaya 2-ci dəfə rəhbərlik edəcək.