Türkiyəli futbolçu “Yuventus”a keçir
Türkiyə millisinin və İtaliyanın “Sassuolo” klubunun futbolçusu Merih Dəmirəl karyerasını “Yuventus”da davam etdirməyə yaxındır. ONA-nın məlumatına görə, Turin təmsilçisi 21 yaşlı müdafiəçinin keçidi ilə bağlı ilkin razılıq əldə edib. “Ağ-qaralar” M.Dəmirəl üçün 15 milyon avro ödəyəcək. Onunla 5 illik müqavilə imzalanacaq. Qeyd edək ki, “Fənərbaxça”nın yetirməsi olan müdafiəçi ötən ilin yayında “Alanyaspor”dan “Sassuolo”ya 7 milyon avroya keçib.