Villanın bir həftəsinə 450 min verir
Amerikanın televiziya ulduzu Kayli Cenner yeni villası ilə gündəmə gəlib.  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gənc milyoner Malibuda aparıcı Yolanda Hadidin evini kirayələyib.  Cenner malikanənin bir həftəsi üçün 450 min dollar ödəniş edib. Amerika KİV-ləri yazır ki, Kaylinin əvvəlki  villası ona kiçik gəlib, o, bu səbəbdən evini dəyişdirib.  Qeyd edək ki, TV simasının komestika firması var. 21 yaşlı Cenner şirkətindən 1 milyard dollar gəlir əldə edib.