Zelenskinin istefası üçün lazımi səs toplandı
Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilmiş dövlət başçısı Vladimir Zelenskinin istefasını nəzərdə tutan petisiya 32 mindən çox səs toplayıb. “Qafqaqzinfo”nun xəbərinə görə, petisiyaya rəsmi baxış üçün 25 min səs lazım idi. Bundan sonra yeni prezidentin nə qərar verəcəyi sual altındadır. Qeyd edək ki, sənədin müəllifi Maksim Bezrukdur. O, hesab edir ki, Zelenski xalq qarşısında mənəvi öhdəlikləri yerinə yetirə bilməyəcək.