“Vosmoy bazarı”na atıldığı deyilən uşağın valideyni tapıldı
Bakının Nizami rayonunda yerləşən, “Vosmoy bazarı” adlanan ərazisində kimsəsiz halda aşkarlanan uşağın valideyni tapılıb.  Daxili işlər orqanlarından Oxu.Az-a verilən məlumata görə, müəyyən olunub ki, qadın uşağı atmayıb, sadəcə, itirib. Uşağın anasının tapılmasında Nizami rayonu Polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları iştirak edib və onlar uşağı anasına təhvil veriblər.  Qeyd edək ki, bəzi yerli saytların məlumatına görə, 4-5 yaşlı oğlan uşağı valideyni tərəfindən el arasında “Vosmoy bazarı” kimi tanınan ərazidə tərk edilib.