“Yeddi gözəl” yaşayış kompleksində bədbəxt hadisə: FƏHLƏ ÖLDÜ
Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb. "Legion" report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb. Belə ki, “Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb. Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.