Yeni Kaledoniya sahillərində köpəkbalığı uşağa hücum edib
Sakit okeanda yerləşən Fransaya məxsus Yeni Kaledoniya adası sahillərində köpəkbalığı oğlan uşağına hücum edib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yeni Kaledoniya polisi "Facebook" səhəsində məlumat yayıb. Bildirilib ki, oğlan Port du Sud limanında ailəsinin olduğu gəminin arxasında üzərkən köpəkbalığı hücumuna məruz qalıb. Onu təcili yardımla xəstəxanaya çatdırıblar və süni komaya salıblar. Yaxtalar dayanacağında üzməyə davam edən köpəkbalığını isə polis güllələyib. Yerli KİV-də hücum zamanı oğlanın yanında bacısının da üzdüyü, hadisədən dərhal sonra uşaqların atasının suya tullanaraq heyvana zərbələr endirdiyi yazılıb. Bununla belə, uşaq sağ ayağını və qarnının bir hissəsini itirib.