Dünya fond bazarlarında əsas indeks göstəriciləri
Mayın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,37% – 25 585,69 bəndədək, S&P 500 0,14% – 2 826,06 bəndədək, Nasdaq isə 0,11% – 7 637,01 bəndədək yüksəlib. ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 24-də FTSE 100 indeksi 0,65% – 7 277,73 bəndədək, Almaniya DAX-ı 0,49% – 12 011,04 bəndədək, Fransa CAC-40 isə 0,67% – 5 316,51 bəndədək yüksəlib. COMEX-də qızılın bir unsiyasının qiyməti 0,24% artaraq 1 292,3 dollara bərabər olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,04% artaraq 1,1207 dollar təşkil edib.