Bəhram Bağırzadə AzTV-də işə başladı
Əməkdar artist Bəhram Bağırzadə AzTV-də işə başlayıb. Minval.info xəbər verir ki, o, bundan sonra dövlət televiziyasında aparıcılıq edəcək. Aktyorun verilişinin adı isə “Bəhram+”dur. Artıq proqramın ilk çəkilişi də baş tutub. Qeyd edək ki, veriliş həftədə bir dəfə yayımlanacaq.