Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru barədə YENİ XƏBƏR
Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə başlayır. Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılır. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb. Ramiz Taxveli Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib. Похожее изображение Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı. Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb. Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.