Tramp Yaponiyadan "əlidolu" qayıdır: 105 ədəd "F-35" satdı
Yaponiya ABŞ-dan 105 ədəd "F-35 Lightning II" təyyarəsi alacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald TrampınAkasaka Sarayında təşkil edilən ortaq mətbuat konfransında məlumat verilib.
 
Tramp Yaponiyanın müdafiə potensialının inkişafı üçün atılan addımlara dəstək verdiklərini bildirib.