Avropa Liqasının finalına nə qədər bilet satılıb? - SON RƏQƏM
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün 52 min bilet satılıb. Oxu.Az-a bu barədə AFFA-dan məlumat verilib. Hazırda daha 10 min bilet satışdadır. Qalan biletlər isə UEFA-nın sponsorlarına təqdim ediləcək. Qeyd edək ki, mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda “Çelsi” ilə “Arsenal” komandaları qarşılaşacaq.