"Fənərbağça"dan ayrılan futbolçu "Olimpiakos"da
"Fənərbağça"dan ayrılan  Matyu Valbuenanın yeni klubu rəsmən müəyyənləşib. "Legion" qol.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını "Olimpiakos"da davam etdirəcək. Bu barədə Yunanıstan klubunun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib. Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2017-ci ildən "Fənərbağça"da çıxış edirdi.