Şərlənərək 12 il həbs cəzası alan jurnalist Azərbaycan vətəndaşlığından imtina etməsini bəyan edir
Bəyanatında Mahmud Rasimoğlu  “kars”da ölənəcən müddətsiz aclıq aksiyasını davam edəcəyini, tələbləri yerinə yetirilməyənəcən azadlığa çıxmayacağını, ölənəcən “kars”da qalacağını bildirib.
Bir müddət əvvəl şərlənərək həbsdə saxlanılan jurnalist Mahmud Rasimoğlu həbsinin açıq-aydın sifarişli olunduğunu bildirmişdi.Qeyd etmək lazımdır ki, bu il,aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevə qarşı qondarma ittiham əsasında açılan cinayət işi üzrə məhkəmə prosesi başa çatmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dəhşətli dərəcədə ədalətsiz hökm oxunub. Hökmə əsasən M. Tağıyev  sanki qatı cinayətkarmış kimi 12 il müddətə azadlıqdan məhrum edilib. Hakim Fikrət Qəribov məhkəmə iclası başlayandan cəmi 15-20 dəqiqə sonra 12 vərəqli möhürlü sənəddən hökm oxumuşdur.Mahmud Rasimoğlu hökmlə bağlı açıqlamasında bildirmişdi ki,bu da onu deməyə əsas verir ki, qərar sifarişli olub və əvvəlcədən hazırlanıb.Ümumiyyətlə əvvəldən axıra kimi birtərəfli aparılan istintaq , məhkəmə prosesi və gözlənilməz hökm bu saxta işin harınlamış məmur sifarişi olduğunu açıq-aşkar göstərir. Ən diqqətəçəkən məqamlardan biri isə odur ki,məhkəmədə prokuror Mahmud Tağıyevə 12 il həbs cəzası verilməsini istəyib,hakim də onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.Bu bəs Mahmud Rasimoğlu barəsində sifarişli qərar deyil, bəs nədir?!Bununla qanunlara məhəl qoymayan məmurlar görəsən nə etmək istəyirlər?! Onların bir məqsədi ola bilər,o da vətəndaşları dövlətdən incik salmaq, ona qarşı qaldırmaq.
 Bu günlərdə isə, Mahmud Rasimoğlunun yaxınlarının bildirdiyinə görə  həbsxanada “karsa” salınan  jurnalist bəyanat yayıb. Bəyanatda Mahmud Rasimoğlu haqsız yerə həbsinə etiraz olaraq Azərbaycan vətəndaşlığından çıxmaq istədiyini və müddətsiz aclıq aksiyasına davam etməsini bəyan edib.Bəyanatında Mahmud Rasimoğlu  “kars”da ölənəcən müddətsiz aclıq aksiyasını davam edəcəyini, tələbləri yerinə yetirilməyənəcən azadlığa çıxmayacağını,ölənəcən “kars”da qalacağını bildirib.“Hakim Fikrət Qəribov Azərbaycan dövlətinin adından mənim 12 il azadlıqdan məhrum edilməyimlə bağlı qərar çıxardıb.Mən Azərbaycan dövlətinin mənə qarşı bu ədalətsiz qərarına öz etirazımı bildirərək Azərbaycan Respublikasının vətəndaşlığından imtina edərək digər ölkənin, hətta Ermənistan dövlətinin vətəndaşlığını qəbul etməyə hazıram və qəbul edirəm. Bu cür məmur özbaşınalığı tüğyan edən ölkədə yaşamaqdansa düşmən ölkəsinin vətəndaşı olmaq, düşmən ölkədə siyasi sığınacaq almaq daha  yaxşıdır”,- Mahmud Rasimoğlu bəyan edib.Son söz olaraq Mahmud Rasimoğlu bildirib ki,ona qarşı  baş prokuror Zakir Qaralovun, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcovun sifarişilə qondarma cinayət işi qaldırılıb və onların sifarişilə ona hakim Fikrət Qəribov tərəfindən 12 il həbs qərarı çıxarılıb. Bu haqsızlığa dözməyərək Mahmud Rasimoğlu(Tağıyev) Azərbaycan vətəndaşlığından imtina edir, bu ölkənin vətəndaşı daha olmaq istəmir və ölkə başçısından, Ombudsmandan tələb edir ki,onun vətəndaşlığına xitam verilsin və o cəzasını digər ölkədə çəkməyə hazırdır. Mahmud Rasimoğlu aclıq aksiyasını “kars”da öləcənəcən davam edəcəyini bildirib.“Qabaqdan 28 May - Respublika Günü , Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi gəlir.Bu gün hansı müstəqil dövlətdən söhbət gedə bilər ki,müstəqil jurnalist bir qrup banda,cinayətkar dəstə tərəfindən şərlənərək həbs olunur. Hansı dövlətin müstəqilliyindən biz danışırıq ki, orda 4-5 dənə məmur söz azadlığını boğaraq həqiqəti yazan jurnalistləri şərləyərək həbs edirlər”,-sonda Mahmud Rasimoğlu deyib. Legion.az