Zelenski Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edib
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib. Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ildə Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. M.Saakaşvili ötən həftə V.Zelenskidən vətəndaşlığının bərpasını xahiş edib.