Dünyanın ən yüksək gəlirli şirkət rəhbərlərinin reytinqi dərc olunub - TOP-10
"The New York Times" qəzetinin ekspertləri dünyanın ən yüksək ödənişli şirkət rəhbərlərinin illik reytinqini nəşr edib. ONA-nın qəzetə istinadən verdiyi məlumata görə, adətən şirkət rəhbərləri sıravi işçilərlə müqayisədə 2-3 dəfə yüksək əmək haqqı alırlar. Lakin reytinqdə dərc olunmuş rəqəmlər inanılmazdır. Siyahıya "Tesla" şirkətinin rəhbəri İlon Mask başçılıq edir ki, onun 2018-ci ildə aldığı kompensasiyanın həcmi 2,284 mlrd. ABŞ dolları təşkil edib. Qəzetin məlumatına görə, bir il ərzində Maskın gəliri 2017-ci ilə nisbətən 45 753 dəfə artıb. Belə ki, 2017-ci ildə İlon "Tesla"dan təxminən 50 min dollar alıb. Ekspertlər bildirir ki, 2,3 mlrd. dollar hələlik Maska ​aid deyil. Bu rəqəm əvvəlki opsionlardan və səhmdarların razılığı ilə təsdiq edilmiş onillik opsion paketindən ibarətdir ki, bütün bunlar "Tesla"nın göstəricilərinə bağlıdır. "Tesla"nın 20%-nə sahib olan İlon Maskın aylıq məvacibi şirkətdə olan orta aylıq əmək haqqından fərqlənmir. Ən yüksək gəlirli şirkət rəhbərlərinin reytinqi:
# CEO Şirkət İllik kompensasiya, mln. ABŞ dolları
1 İlon Mask "Tesla" 2 284
2 Devid Zaslav "Discovery" 129
3 Nikeş Arora "Palo Alto Networks" 125
4 Mark Herd "Oracle" 108
5 Safra Kats "Oracle" 108
6 Con Lecer "T-Mobile US" 105
7 Robert Ayger "Walt Disney" 66
8 Ceyms Heppelman PTC 50
9 Fabrisio Freda "Estee Lauder" 48
10 Vivek Şah "J2 Global" 45