AZAL-ın qovduğu işçisi transseksualdan üzr istədi: “Hamısına müsbət yanaşıram”
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı sərnişinin şəxsi informasiyasını yaydığı üçün üzr istəyib. Minval.info xəbər verir ki, bu barədə aviaşirkətin işdən çıxarılan əməkdaşı Nazilə Muradova Facebook səhifəsində paylaşım edib. Nazilə Muradovanın statusunu olduğu kimi təqdim edirik: “Hər vaxtınız xeyir. Baş vermiş hadisə ilə bağlı post paylaşmaq istəyirəm. 25 may 2019-cu ildə Facebook səhifəmdə bir vətəndaşın şəxsiyyət vəsiqəsi mənim tərəfimdən paylaşılmışdı və bir müddət sonra onu silmişəm. Qəbul edirəm ki, mənim tərəfimdən edilmiş bu davranış etik baxımdan düzgün deyildi, bunu etməkdə heç bir hüquqa sahib deyildim. Səbəb olduğum bu xoşagəlməz hadisədə öncəliklə o insandan, cəmiyyətimizdən və həmçinin Azərbaycan Hava Yolları şirkətindən çox üzr istəyirəm. Düşünülməmiş bu yalnış davranışıma görə cəzamı aldım. Qeyd etmək istəyirəm ki, heç vaxt buna oxşar, ya bu şəkildə paylaşmalar etməmiş və cinsi azlıqlara qarşı çıxış etməmişəm. Məni tanıyan insanlar bilirlər ki, cinsi azlıqda olan insanlara qarşı həmişə müsbət yanaşmışam. Bu məsələni bu şəkildə sosiallaşdıran, o vaxt üçün dostluğumda olan, adını çəkmək istəmədiyim şəxsə müraciət etmək istəyirəm. Şəxsi məlumatı paylaşdığım insanı qorumaq sənin vətəndaşlıq haqqındır və əgər sənin niyyətin mənim bu davranışımı qınamaq idisə, bunu başqa yolla edə bilərdin. Lakin bundan sensasiya yaratmağı seçdin. Nəticədə məndən başqa iki insan işdən azad edildi və həmçinin də Azərbaycan Hava Yollarının reputasiyası qaralandı. Ümumi cəmiyyətimiz hər birimiz qəbul edilmiş və müvəffəqiyyətli şəxsiyyət olmaq istəyirik. Lakin nece və hansı yollarla? Bugünkü günümüzdə yaxşıya da pisə də yer var, həyat belə qurulub. Təəssüf ki, bu insan yaxşılığı tez unudub, hansı ki mənim ailəm onun çətin vaxtında ona dəstək olmuşdu. Tanrı hər birimizin hakimidir. O ki qaldı, müxtəlif xəbər portallarında ve facebook səhifələrində mənim şəxsi şəkillərimin paylaşılmağına, sizin bu davranışınızın mənim etdiyimlə nə fərqi oldu? Siz bir insanın hüquqlarını qorumaq məqsədi ilə başqa insanın hüquqlarını heçə saydınız. Bu cür paylaşımlardan sonra mənə və ailəmə təhdid və təhqiredici mesajlar almağa başladım. Bu məsələni bu dərəcəyə gətirən “dost”, sənə ayrıca “minnətdaram”. P.S. Bir daha üzümü tutub hər birinizin anlayışınıza sığınaraq qeyd etmək istəyirəm ki, hər kəs səhv edə bilər”. Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.