Türkiyə ordusu PKK hədəflərini BORA raketləri ilə darmadağın etdi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi “Pəncə” əməliyyatı çərçivəsində terror hədəflərini intensiv atəşə tutub. Avropa.info xəbər verir ki, PKK bunkerləri havadan və quruda bombardman edilərkən, əməliyyat çərçivəsində Türkiyənin istehsal etdiyi uzun məsafəli BORA raketlərindən də istifadə olunub. Türkiyənin ilk ballistik raket sistemi olan BORA Bitlisin Derecek rayonundan açılan atəşlə terror obyektlərini vurub. Hələ sınaq mərhələsində olan və belə ciddi əməliyyatda ilk dəfə istehsal olunan BORA həm İraqdakı, həm də Suriyadakı terrorçuların qorxusuna çevrilib. ROKETSAN tərəfindən son texnologiyalar əsasında istehsal edilən BORA raketi hədəf aldığı obyektlərə intensiv və effektiv atəş açmaq qabiliyyətinə malikdir. BORA 280 km uzaqlıqdakı hədəfləri vurmaq qabiliyyətinə malikdir.