Nazarbayev hamıya orden verdi
Qazaxıstanın paytaxtında Ali Avrasiya İqtisadi Şurasının iclası başlayıb. “Rusarminfo” saytının məlumatına görə, iclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan liderləri iştirak edirlər. Sayt bildirir ki, iclas Avrasiya İqtisadi İttifaqının yaradılmasının beş illiyinə təsadüf edir. Nursultan Nazarbayev dünən Qazaxıstan paytaxtına gəlmiş qonaqlara yubiley münasibətilə öz adını daşıyan ordenlər verib. Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyandan başqa, hamı ordenlə təltif olunub. Mükafatlandırma ilə bağlı prezident fərmanında onun adı olmayıb.